Şəfəq Əlixanova
Şəfəq Niyaməddin qızı Əlixanova (1 avqust 2002, Sabirabad) — Azərbaycan psixoloqu, psixopedaqoq, uşaq, yeniyetmə və ailə psixologiyası üzrə mütəxəssisdir.
Həyatı və təhsili
Şəfəq Əlixanova 1 avqust 2002-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. Orta təhsilini 2008–2019-cu illərdə Şirvan şəhər 3 nömrəli tam orta məktəbdə almışdır.
Uşaqlıqdan psixologiya sahəsinə maraq göstərmiş və gələcək peşəsini bu istiqamətdə qurmağı qarşısına məqsəd qoymuşdur. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Təhsildə Sosial-Psixoloji Xidmət ixtisasına qəbul olmuşdur. Tələbəlik illərində peşəkar inkişaf məqsədilə 30-dan çox təlim, seminar və vebinarda iştirak etmişdir. 2023-cü ildə dövlət imtahanını verərək ali təhsilini başa vurmuşdur.
Hazırda Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixologiya üzrə ixtisasartırma təhsili alır.
Fəaliyyəti
Şəfəq Əlixanova peşə fəaliyyətinə 2023-cü ildən etibarən Uğur Loqopedik və Psixoloji Reabilitasiya Mərkəzində psixoloq kimi başlamışdır. Həmin il məktəblərə işə qəbul imtahanında region üzrə ən yüksək bal toplayan psixoloqlardan biri olmuşdur.
2023-cü ildə Psixososial Reabilitasiya Mərkəzində həyata keçirilən “Mərkəzdə Klinik Təcrübə” proqramında iştirak etmiş, psixologiya və loqopediya istiqamətləri üzrə 4 aylıq təlim keçmişdir.
2023–2024-cü illərdə özəl uşaq bağçalarında və şəxsi məkanda psixopedaqoq kimi fəaliyyət göstərmişdir. Daha sonra inklüziv təhsil mərkəzində psixoloq və dövlət uşaq bağçasında psixoloq kimi çalışmışdır.
Hazırda Sabirabad rayonu Asif Məmmədov adına məktəbdə psixoloq və Uğur Loqopedik və Psixoloji Reabilitasiya Mərkəzində uşaq, yeniyetmə və ailə psixoloqu kimi fəaliyyət göstərir.
Fəaliyyəti dövründə müxtəlif yaş qruplarından olan şəxslərlə, eləcə də müxtəlif psixoloji problemlər yaşayan uşaq və yetkinlərlə çalışmışdır. Onun iş prinsipinin əsasını hər bir müraciətçinin ehtiyaclarına uyğun fərdi psixoloji proqramın hazırlanması təşkil edir.
Elmi və publisistik fəaliyyəti
Şəfəq Əlixanova psixologiya sahəsində araşdırma və tədqiqat fəaliyyətinə maraq göstərir.
2023-cü ildə “Tibb Dünyası” jurnalında mütəxəssis qismində “Panik Atak” mövzusunda məqalə ilə çıxış etmişdir. Məqalə jurnalın ilk səhifəsində dərc olunmuşdur.
Maraq sahələri
* Uşaq psixologiyası
* Yeniyetmə psixologiyası
* Ailə psixologiyası
* Psixopedaqogika
* İnklüziv təhsil
* Psixoloji reabilitasiya
* Araşdırma və tədqiqatçılıq
