Şirvan Peşə liseyi ilə olan görüşdən

Gənclərin inkişafı naminə yeni əməkdaşlıq addımı

Uğur Şəxsi İnkişaf Mərkəzinin nümayəndələri Peşə Liseyində işgüzar görüş keçiriblər.

Görüş çərçivəsində peşə təhsili alan gənclərin bilik və bacarıqlarının inkişafı, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyası, eləcə də təhsil və şəxsi inkişaf sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gənclərə yeni inkişaf imkanlarının yaradılması istiqamətində atılan önəmli addımlardan biri kimi qiymətləndirilib.