Əsədova Könül

Tam adı: Əsədova Könül Sədulla qızı Doğum tarixi: 16 oktyabr 1976 Doğum yeri: Şirvan, Azərbaycan Vətəndaşlığı: Azərbaycan Peşəsi: Tibb bacısı, tibb üzrə mütəxəssis, müəllimə Erkən həyatı və təhsili Əsədova Könül Sədulla qızı 16 oktyabr 1976-cı ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olmuşdur. 1983–1993-cü illərdə orta təhsilini Şirvan şəhər 20 saylı məktəbdə almışdır. 1994-cü ildə Bakı şəhərində yerləşən 2 saylı Rəfibəyli adına Tibb Kollecinə daxil olmuş və 1997-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir. Karyerası 2008-ci ildən etibarən Şirvan şəhər Müalicə Diaqnostika Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. Burada böyük tibb bacısı, əməliyyat tibb bacısı və digər vəzifələrdə fəaliyyət göstərmişdir. 2021-ci ildən Şirvan MRX-nın 2-ci Cərrahiyyə şöbəsində tibb bacısı kimi işləyir. Bundan əlavə, 2016-cı ildən “Uğur Şəxsi İnkişaf” mərkəzinin Şirvan və Hacıqabul filiallarında, 2022-ci ildən isə Bakı şəhərində yerləşən “Çıraq” Tədris Mərkəzində tibb mütəxəssisi (tibbi biliklərin öyrədilməsi, müəllimə) kimi fəaliyyət göstərir. Fəaliyyət sahələri Tibb bacısı Tibbi tədris və biliklərin öyrədilməsi Tibb üzrə mütəxəssis