
Bayramlı Mehman Babalı oğlu Bayramlı Mehman Babalı oğlu (d. 13 iyun 1978, Sabirabad rayonu) — Azərbaycanlı kompüter mütəxəssisi, pedaqoq və sahibkar.
O, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərmiş və ‘Uğur Şəxsi İnkişaf Mərkəzi MMC’nin qurucusudur. Erkən Həyatı və Təhsili Mehman Babalı oğlu 13 iyun 1978-ci ildə Azərbaycan Respublikasının Sabirabad rayonunda anadan olmuşdur.
1985-1995-ci illərdə orta təhsilini Şirvan şəhərində almış və 1995-ci ildə Bakı Texniki Universitetinə daxil olmuşdur.
Karyerası Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra informasiya texnologiyaları sahəsində fəaliyyətə başlamışdır. O, Azercell və bir neçə dövlət və özəl müəssisələrdə kompüter mütəxəssisi kimi çalışmışdır.
Akademik Fəaliyyəti 2004-2005-ci illərdə təhsilini Müəllimlər Universitetində davam etdirmişdir. Bundan sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində pedaqoji fəaliyyət göstərmişdir. Sahibkarlıq Fəaliyyəti 2010-cu ildə Mehman Babalı oğlu öz şəxsi inkişaf mərkəzi olan ‘Uğur Şəxsi İnkişaf Mərkəzi MMC’ni təsis etmişdir.
Bu mərkəz insanların peşəkar və şəxsi inkişafına yönəlmiş müxtəlif təlimlər təqdim edir.