
Məmmədli Fidan Aydın qızı Doğum tarixi: 1 may 1996 Doğum yeri: Şirvan şəhəri, Azərbaycan Peşəsi: Loqoped Erkən həyatı və təhsili Məmmədli Fidan Aydın qızı 1 may 1996-cı ildə Şirvan şəhərində anadan olmuşdur. O, 2003–2014-cü illərdə orta təhsilini Şirvan şəhərində almışdır. 2015-ci ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olmuş və 2019-cu ildə həmin təhsil müəssisəsini bitirmişdir. Peşəkar fəaliyyəti və ixtisasartırma Məmmədli Fidan loqoped kimi fəaliyyət göstərir və bu sahədə müxtəlif təlimlərdə iştirak edərək ixtisasını artırmışdır. Narınc Psixologiya Mərkəzi – Refleksologiya kursunu bitirmişdir. Gənclər Evi – Reabilitasiya sahəsində çalışmışdır. Uğur Şəxsi İnkişaf Mərkəzi – 2020-ci ildən Baş loqoped kimi fəaliyyət göstərir. Narınc Psixologiya Mərkəzi – 2021-ci ildə Refleksologiya təlimini almışdır. Ömür Təlimlər Qrupu Mərkəzi – 2022-ci ildə “Kəkələmə və onun korreksiyası” təlimini keçmişdir. Orvita Psixoloji Reabilitasiya Mərkəzi – 2023-cü ildə “Nitq ləngiməsi” təlimini almışdır. Qüsursuz Nitq Mərkəzi – 2024-cü ildə “Dislaliya və onun korreksiyası” təlimini tamamlamışdır. Hazırkı fəaliyyəti Məmmədli Fidan hazırda Uğur Şəxsi İnkişaf Mərkəzinin Baş loqopedi kimi fəaliyyət göstərir və nitq problemlərinin korreksiyası sahəsində peşəkar işini davam etdirir.