Kursumuz

Loqoped Xidməti

Hədəfinə uyğun təhsil, uğura aparan yol buradan başlayır!

Kurs haqqında

Loqoped xidməti

Peşəkar loqopedlərimiz tərəfindən uşaqlarda nitq inkişafı ilə bağlı çətinliklərin aradan qaldırılması üçün fərdi yanaşmaya əsaslanan dəstək təqdim olunur. Məqsədimiz uşaqların səlis, aydın və düzgün danışığını təmin etmək, sosial ünsiyyətdə daha güvənli olmalarına şərait yaratmaqdır.

  • Autizm və nitq ləngiməsi – Autizm spektr pozuntusu və nitq inkişafı ləngiməsi olan uşaqlarda əsas məqsəd ünsiyyət bacarıqlarını artırmaq və söz ehtiyatını genişləndirməkdir. Loqopedik məşğələlər vasitəsilə uşağın nitqə təşviqi, ifadəli danışıq və anlama bacarığı inkişaf etdirilir.

  • Dislaliya – Uşaqların bəzi səsləri düzgün tələffüz edə bilməməsi problemi zamanı artikulyasiya məşqləri, düzgün tələffüz texnikaları və səslərlə işləmə üsulları tətbiq olunur. Məqsəd nitqdə aydınlıq və anlaşıqlığı artırmaqdır.

  • Rinolaliya – Burundan gələn danışıq səslərinin korreksiyası üçün nəfəs məşqləri, səslərin düzgün formalaşdırılması və artikulyasiya aparatının aktivləşdirilməsi üzərində işlənilir.

  • Zəka geriliyi və kekələmə – Zəka geriliyi fonunda nitq inkişafı zəif olan uşaqlarla danışıq və anlama bacarıqlarının inkişafına yönəlik fərdi məşğələlər keçirilir. Kekələmə ilə bağlı nəfəs ritmini tənzimləyən məşğələlər, psixoloji dəstək və axıcılığı artıran terapiyalar tətbiq olunur.

  • Loqopedik masaj – Nitq orqanlarının (dil, dodaq, yanaq və s.) funksiyasını aktivləşdirmək üçün xüsusi masaj texnikaları tətbiq olunur. Bu üsul nitq əzələlərinin işləməsini gücləndirir və aydın danışığa kömək edir.

  • Mükərrəvi masaj – Əzələ tonusunu tənzimləmək və motor bacarıqları gücləndirmək üçün istifadə olunur. Danışıq inkişafını dəstəkləmək məqsədilə loqopedik məşğələlərlə birlikdə aparılır.