
Kərimova Səadət Ağayar qızı Doğum tarixi: 4 mart 1986 Doğum yeri: Hacıqabul,
Azərbaycan Vətəndaşlığı: Azərbaycan Təhsili: Azərbaycan Dillər Universiteti (2004–2009) İxtisası: Alman dili müəllimi Fəaliyyəti: Müəllim, publisist Həyatı və təhsili Kərimova Səadət Ağayar qızı 4 mart 1986-cı ildə Hacıqabul şəhərində anadan olmuşdur. 1993–2003-cü illərdə Hacıqabul şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin alman dili müəllimliyi fakültəsinə qəbul olmuş və 2009-cu ildə alman dili müəllimi ixtisası üzrə məzun olmuşdur. Pedaqoji fəaliyyəti 2012-ci ildə Azərbaycan Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Müəllimlərin İşə Qəbulu imtahanını uğurla keçmiş və Hacıqabul şəhər 7 saylı tam orta məktəbində alman dili müəllimi kimi fəaliyyətə başlamışdır. 2013-cü ildən etibarən Hacıqabul şəhər 4 saylı tam orta məktəbində ikinci iş yeri kimi çalışmışdır. 2024-cü ildən isə Hacıqabul şəhər 5 saylı tam orta məktəbində də alman dili müəllimi olaraq fəaliyyət göstərir. Bundan əlavə, Hacıqabul və Şirvan şəhərlərində yerləşən kurslarda, həmçinin Uğur Şəxsi İnkişaf Mərkəzində alman dili müəllimi kimi çalışır. Onun yetirmələri buraxılış və attestat imtahanlarında yüksək nəticələr göstərmiş, bir çox abituriyenti ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşdur. Onun müdavimlərindən bəziləri Almaniyada təhsil alır və ya işləyirlər. İctimai və publisistik fəaliyyəti Kərimova Səadət rayonun ictimai fəaliyyətlərində aktiv iştirak edir. Hacıqabul rayon qəzetində, eləcə də respublika təhsil qəzetlərində yazıları dərc olunur. Respublika səviyyəsində keçirilən yazı müsabiqələrində məqalələri yüksək yerlər tutmuş, müxtəlif diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Onun təhsil və ictimai fəaliyyətinə görə o, “İlin Fəxri Gənci” adına layiq görülmüşdür.